Siyavuş Novruzov: Haqqı olan insanlar kənarda qalıblar
Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur.
Oxu.Az-ın məlumatına görə, bunu oktyabrın 16-da parlamentin növbəti plenar iclasında YAP-dan olan deputat Siyavuş Novruzov deyib.
S.Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib.
Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər:
“Hökumət də buna əsasən, bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”.
S.Novruzov əlavə edib ki, ezam olunanlarla həqiqi hərbi xidmətə çağırılanların statusu fərqli olmalıdır.
Mənbə:> Oxu.Az