Azərbaycanda elektromobil istehsal olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto, Foto

Azərbaycanda elektromobil istehsal olunacaq – FOTO

Azərbaycanda elektromobil istehsal olunacaq


Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək.

AzNews.info xəbər verir ki, bu barədə AzərTAc-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, zavodda “LİFAN miniven”lərinin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Azərbaycanda elektromobil istehsal olunacaq
Azərbaycanda elektromobil istehsal olunacaq
Azərbaycanda elektromobil istehsal olunacaq
Azərbaycanda elektromobil istehsal olunacaq

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *