Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradılıb
Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, İşçi qrupu müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.
İşçi qrupun rəhbəri
Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini
İşçi qrupun üzvləri
Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Azər Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru
Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.
Mənbə:> Oxu.Az