Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradıldı

Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradıldı

Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə on dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişafın, əhalinin sayının artmasının, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırdığı bildirilir. Qeyd edilir ki, Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olub. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törədib, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəyib, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir.

Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanan sərəncama əsasən, paytaxtda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.

İşçi qrupunun rəhbəri Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

İşçi qrupunun üzvləri: Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini; Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri; Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı; Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri; Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri; Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri; Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri; Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri; Saleh Məmmədov - “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Sərəncama əsasən, işçi qrupu Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin, Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları müəyyənləşdirilməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanıb iki ay müddətində dövlət başçısına təqdim olunmalıdır. Bundan başqa, işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *