Dollar “uçdu”, 70-i keçdi
Rusiyada rublun dollara nisbətdə məzənnəsi bu gün aşağı düşüb və 1 ABŞ dolları uzun müddətdən bəri ilk dəfə 70 rublu keçib.
Virtualaz.org xəbər verir ki, 2016-cı il martın 16-dan bu yana dollar ilk dəfədir 70 rubl psixoloji baryerini keçir. Valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 72 rubla satılır.
İqtisadi inkişaf naziri Maksim Oreşkin hesab edir ki, indiki dalğalanmaya baxmayaraq rubl inkişaf etməkdə olan digər ölkələrin valyutalarına nisbətən daha dayanıqlıdır.
Xatırladaq ki, dolların bahalaşması tendensiyası Rusiyadan başqa Türkiyə, İran və Qazaxıstanda da müşahidə edilməkdədir.
Mənbə:> Virtualaz.org