Avronun məzənnəsi 80 rublu keçdi
Moskva valyuta birjasında Rusiya rublu “çəki”sini itirməkdə davam edir.
Virtualaz.org xəbər verir ki, 2016-cı ilin mart ayından sonra ilk dəfə avronun məzənnəsi bu gün 80 rubl səviyyəsini keçib. Dünənki göstəriciyə nisbətən vahid Avropa valyutası 2,17 rubl bahalaşıb.
Dollar hazırda 64 rubla satılır. Bu, 2016-cı ilin aprel ayından bəri qeydə alınmış ən yüksək göstəricidir.
Mənbə:> Virtualaz.org