Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb
Moskva Banklararası Valyuta Birjasında bu gün aparılan əməliyyatlar zamanı ABŞ dolları bu ilin əvvəlindən ən aşağı həddə düşüb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, məzənnə 55,78 rubl/dollar həddinə enib, avronun məzənnəsi isə 7 qəpiklik bahalaşmadan sonra 60,64 rubla yüksəlib.
Xatırladaq ki, bundan əvvəl Rusiyada Amerika valyutasının məzənnəsi ilə bağlı 2017-ci ilin minimumu aprelin 5-də qeydə alınıb (55,8 rubl/dollar). Sonuncu dəfə Rusiyada dolları bu qiymətə 2015-ci il iyulun 3-də (55,4 rubl/dollar) almaq mümkün olub.
London əmtəə birjasında Brent markalı neftin qiyməti iyun ayı üçün bağlanmış müqavilələr üzrə 0,95% artaraq 52,46 dollar/barelə çatıb.
Mənbə:> Oxu.Az