Qazaxıstan tenqesi sürətlə ucuzlaşır
Qazaxıstanın milli valyutası – tenqe 2016-cı ilin ilk aylarından sonra ilk dəfə rekord məbləğdə ucuzlaşıb.
Virtualaz.org “Fərqanə” agentliyinə istinadən xəbər verir ki, hazırda bu ölkənin birjalarında 1 ABŞ dolları 366,96 tenqeyə alınıb satılır.
Valyuta mübadiləsi məntəqələrində isə dolların alış məzənnəsi 367,5 – 368 tenqe, satış məzənnəsi 366,5 – 367 tenqe təşkil edir.
Ekspertlər tenqenin ucuzlaşmasını müxtəlif səbəblərlə əsaslandırırlar. Bunların arasında ABŞ-ın Rusiya əleyhinə sanksiyaları üzündən xarici investorların ölkəni tərk etməsi və mövsümi amillər göstərilir.
Mənbə:> Virtualaz.org