Qazaxıstan təngəsi tarixi minimuma endi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Qazaxıstan təngəsi tarixi minimuma endi

Qazaxıstan təngəsi tarixi minimuma endi


Qazaxıstanın fond birjasında (KASE) səhər sessiyasının nəticələrinə görə, dolların məzənnəsi 351,85 təngədir. Dollar ilk dəfə psixoloji vacib həddi, 350 təngəni keçib, Oxu.Az TASS-a istinadən xəbər verir.

“ABŞ dollarının orta hesablı məzənnəsi 351,85 təngədir”, - birjanın məlumatında qeyd edilir.

Astana və Almatının mübadilə məntəqələrində Amerika valyutası artıq 1 dollar üçün 353-354 təngə məzənnəsi ilə satılır, bu isə yanvar ayının 4-nə olan məzənnədən 3% artıqdır.

Qazaxıstan 2015-ci ilin avqust ayının 20-dən təngənin azad üzən məzənnə rejiminə əsaslanan yeni iqtisadi siyasətə keçib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *