Yeni iş yerləri və böyük gəlirlər: “SOCAR”ın yeni zavodunun açılışı reallaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Yeni iş yerləri və böyük gəlirlər: “SOCAR”ın yeni zavodunun açılışı reallaşır

Yeni iş yerləri və böyük gəlirlər: “SOCAR”ın yeni zavodunun açılışı reallaşır


Bu gün Azərbaycanda ilk Polipropilen Zavodu istifadəyə verilir.

Qeyd edək ki, Polipropilen Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in iki zavodundan birincisidir.

Zavodda istehsal ediləcək polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.

“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və üç növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) polipropilen məhsulu istehsal olunacaq.

Nəzərə çatdıraq ki, zavodun illik istehsal gücü 184 min ton nəzərdə tutulub. Müəssisənin xammal təminatçısı “Azərikimya” İstehsal Birliyidir.



Polipropilen Zavodu “SOCAR Polymer”in iki zavodundan biridir

“SOCAR Polymer”ə Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir. Hər iki zavodun ümumi dəyəri 750 mln. ABŞ dolları təşkil edir. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.

Lahiyə üçün kredit “Gazprombank” ASC-dən (Rusiya) cəlb edilib. Səhmdar kapitalının 70 faizi SOCAR-a məxsusdur. Özəl tərəfdaşlar “Azersun”, “Gilan”, “Paşa Holding”lərdir.

“SOCAR Polymer”in yaradılmasının əsas məqsədi Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi və innovativ sənaye sektorlarının inkişafı baxımından aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət aparma qabiliyyətinin artırılmasından ibarətdir.

70 faiz Avropa və Türkiyə bazarlarına ixrac ediləcək

Polipropilen və yüksək sıxlıqlı polietilen zavodunu inşa edib bu layihəni həyata keçirməklə “SOCAR Polymer” faktiki olaraq ixracın əvəz edilməsi üçün zəmin hazırlayır.

Belə ki, hazırda Azərbaycan polipropileni idxal edir. Zavodda istehsal edilən məhsulların 30%-i yeli istehlaka, 70% Avropa və Türkiyə bazarlarına ixrac ediləcək.



Layihənin ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə gəlincə, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a bildirdi ki, SOCAR istehsal portfelini şaxələndirir:

“Bundan əvvəl Qafqazda ilk və yeganə olan Metanol Zavodu istismara verilmişdi. Bu zavod ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyekt idi. SOCAR bununla yeni istiqamət götürmüşdü.

İndi isə Polipropilen Zavodunun açılışıdır. Təqribən üç aydan sonra Yüksək Sıxlıqlı Polietilen Zavodu istifadəyə veriləcək. Bu zavodlara 750 milyon dollar investisiya yatırılıb. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.

Zavodu istismara verməklə SOCAR neft kimya sənayesinin yeni bir qolunu açır. İndiyə qədər Azərbaycanda belə istehsal müəssisəsi olmayıb”.

İ.Şaban deyir ki, Polipropilen Zavodunun istehsal edəcəyi məhsullar Azərbaycanın idxaldan asılılığını azaldacaq:

“Sumqayıt Kimya, eləcə də, Texnologiya Parklarında Polipropilen Zavodunun yarımfabrikat məhsullarından qablaşdırma materialları, plastik, tekstil, dəftərxana materialları və sair istehsal ediləcək. Bu proses tədricən gedəcək. Yəni Türkiyə, Rusiya, İran, Avropadan idxal edilən yarımfabrikat və hazır məhsullar yerli bazarda da istehsal olunacaq”.

Zavodlar 25 il gəlir gətirəcək

Onun sözlərinə görə, Polipropilen Zavodunun istismara verilməsi yeni iş yerlərinin açılması baxımından da önəmlidir. Təqribən 5-7 il ərzində zavodlara çəkilən xərclər özünü ödəyəcək:

“Yerdə qalan 25 il, hansı ki istismar müddətidir, o vaxt ərzində müsəssisələr gəlir gətirəcəklər. Hələ bundan sonra SOCAR-ın digər zavodu - Karbamid Zavodu açılacaq. Ümumi ərazisi 39.27 ha olan zavodun tikintisi Sumqayıt şəhərində həyata keçirilir.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcək. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal olunacaq.

İstehsal edilən karbamid məhsulu (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac ediləcək.


Qeyd edim ki, ötən il 60 milyon dollarlıq azot gübrələri idxal etmişik. Bu ilin beş ayında 44 milyon dollarlıq gübrə idxal edilib.

Deməli, kənd təsərrüfatında istehsal artıb. Karbamid Zavodunun istismara verilməsi ilə 100 milyon dollara yaxın idxaldan asılılıq azaldılacaq, 170-180 milyon dollar dəyərində ixrac qabiliyyəti yaradılacaq.

Ümumiyyətlə, SOCAR-ın strukturunda olan, lakin qeyri-neft sektoruna aid məhsulların həcmi gələcəkdə inkişafa meyilli olacaq.

2019-cu ildə Azərbaycanın qeyri-neft sektoru xeyli yüksələcək. Bunda “SOCAR Karbamid” və “SOCAR Polymer”ə daxil olan iki zavodun rolu mühüm olacaq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *