İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər

İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər


ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə məlumat verib.

“Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *