Bu aylarda ölkəmizdə dollara tələb artacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bu aylarda ölkəmizdə dollara tələb artacaq

Bu aylarda ölkəmizdə dollara tələb artacaq


"Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini arıtırması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başladı. Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyası anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FED-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb. Hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma müşahidə olunur:

"Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Veneseulada hasilatın azalmasına rəğmən "qara qızıl” FED qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK-in toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər.

Neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq FED qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır. Mərkəzi Bankın” FED-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması da əslində dolayı təsirlərinin olması anlamına gəlir. FED-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir”.

İqtisadçı vurğulayıb ki, bununla belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq:

"Dollara tələbin daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı həm dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır”.

Mənbə: Sfera.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *