Vüqar Bayramov: FED-in qərarı Bakıda dollar qıtlığı yaradıb » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Vüqar Bayramov: FED-in qərarı Bakıda dollar qıtlığı yaradıb

Vüqar Bayramov: FED-in qərarı Bakıda dollar qıtlığı yaradıb

“Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də, okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.

Nəticədə, FED-in qərarından öncə “qara bazar”da 1 dollar 1,83 manata satılırdısa, artıq 1 ABŞ dolları üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FED-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz.

V.Bayramov deyib ki, dollar qıtlığı manata psixoloji təzyiqi artıracaq:

“Əvvəllər bildirdiyim kimi, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir.

Bu isə o deməkdir ki, FED qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *