Elman Rüstəmov devalivasiyanı etiraf etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Elman Rüstəmov devalivasiyanı etiraf etdi

Elman Rüstəmov devalivasiyanı etiraf etdi

"Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir", - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov deyib.

Bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bank sədir bildirib ki, devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı "qənaətbəxş səviyyədə deyil".

O deyir ki, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: "Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər".

Elman Rüstəmov hesab edir ki, mətbuat nümayəndələrinin bu cür mövzularla bağlı "həyacanı", "düzgün praktik nəticə verməməyi proseslərə neqativ təsir edir".

Mərkəzi Bank sədri deyib ki, mətbuat nümayəndələrini maarifləndirmək üçün "onlara şəxsən seminarlar keçəcək".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *