Çin şirkətləri dünya çempionatında reklama 835 milyon dollar xərcləyəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Çin şirkətləri dünya çempionatında reklama 835 milyon dollar xərcləyəcəklər

Çin şirkətləri dünya çempionatında reklama 835 milyon dollar xərcləyəcəklər

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər.

“Chinadaily.com.cn” nəşri yazır ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.

Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında “Dalian Wanda Group”, texnologiya kompaniyası “Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı “Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan “Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.

Qeyd edək ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *