Nəcməddin Sadıqov 24 il əvvəl – Uğurlu Horadiz əməliyyatı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nəcməddin Sadıqov 24 il əvvəl – Uğurlu Horadiz əməliyyatı

Nəcməddin Sadıqov 24 il əvvəl – Uğurlu Horadiz əməliyyatı


Sosial şəbəkədə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun 24 il əvvəl cəbhədə çəkilmiş fotosu paylaşılıb.

AzNews.info teleqraf.com-a istinadən bildirir ki, fotoda N.Sadıqovla yanaşı III ordu korpusunun sabiq komandiri, polkovnik Şair Ramaldanov da əks olunub.

Qeyd edək ki, N.Sadıqov 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini - Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Prezidentinin 2 noyabr 1993-cü il tarixli sərəncamı ilə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.

Şair Ramaldanov isə 1992-ci ildən polk komandirinin müavini kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1993-cü ilin noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat alıb. 1995-ci ildə III ordu korpusunun komandiri vəzifəsinə təyin edilib. 1997-2012-ci illərdə ordu korpusunun komandiri vəzifəsində xidmət keçib. 2012-ci ildə yaş həddi ilə əlaqədar xidmətdən ehtiyata buraxılıb.

"Horadiz əməliyyatı" 1993-ci ilin dekabrından başlayaraq 1994-cü ilin yanvarın 6-dək davam edən və Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalçılarından azad etmək üçün aparılan döyüşlərdir. Nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib. Uğurlu əməliyyatda qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mənbə: Teleqraf.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *