Nəcməddin Sadıkov Vaşinqtona yola düşüb
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-a yollanıb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.
Mənbə:> Oxu.Az