Nəcməddin Sadıkov Belçikaya yollanıb
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, baş qərargah rəislərinin görüşün mayın 18-də baş tutacaq.
Mənbə:> Oxu.Az