Azərbaycan Pentaqonla əlaqələrini bərpa edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Azərbaycan Pentaqonla əlaqələrini bərpa edir

Azərbaycan Pentaqonla əlaqələrini bərpa edir


Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur. ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir”, - məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın ölkəmizdəki hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib.

General-polkovnik N.Sadıkov qeyd edib ki, Dövlət Departamentinin ölkəmizə qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edirik və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk.

Danışıqların sonunda general-polkovnik N.Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, bizim hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümidini ifadə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *