Azərbaycanda iri regional DATA-mərkəzi istismara verilir
Regionda Tier3 səviyyəli iri DATA-mərkəz Azərbaycanda martın sonuna istismara veriləcək.
AzNews.info xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, DATA-mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına xidmət edir və bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək.
Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Tier3 səviyyəli DATA-mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.
Mənbə:> Trend