SOCAR Özbəkistanda neft çıxacaraq
Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi çərçivəsində “Özbəkneftqaz”, SOCAR və BP Azərbaijan şirkətləri “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” və “Özbəkistanın “Özbəkneftqaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədləri “Özbəkneftqaz” sədrinin birinci müavini Uluqbek Saidov, SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayli imzalayıblar.
Mənbə:> Oxu.Az