SOCAR Rumıniyanın neft şirkəti ilə memorandum imzaladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOCAR Rumıniyanın neft şirkəti ilə memorandum imzaladı

SOCAR Rumıniyanın neft şirkəti ilə memorandum imzaladı

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avropa Parlamentinin üzvü Ramona Nikole Manesku, Rumıniyanın “Transqaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian və “Transqaz”ın maliyyə vəsaiti və Avropa İttifaqı ilə beynəlxalq əlaqələr üzrə idarə rəisi Çiprian Aliçdən ibarət nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı xüsusi qeyd olunmuş, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq və SOCAR-ın Rumıniyada uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra SOCAR və “Transqaz” arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Memorandumda SOCAR və “Transqaz” arasında təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur.

Görüşdə bildirilib ki, memorandumun imzalanması şirkətlər arasında əməkdaşlığı dərinləşdirmək, Cənub-Şərqi Avropa və Balkan regionunun təbii qaz bazarında fəaliyyətləri genişləndirmək imkanı verəcək.

Enerji sahəsində, xüsusilə də təbii qazın tədarükü, nəqli, marketinqi və satışı sahələrində birgə fəaliyyətin ölkələr arasında əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *