"Azərbaycanda devalivasiya üçün mühit yoxdur" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

"Azərbaycanda devalivasiya üçün mühit yoxdur"

"Azərbaycanda devalivasiya üçün mühit yoxdur"


"Yaxın vaxtlarda Azərbaycanda devalvasiya gözlənilmir".

Bunu "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məlisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, Azərbaycanda devalvasiyanın baş verməsinə əsas yaradacaq şərait yoxdur:

"Devalvasiyanı yaradan səbəblər var. İlk növbədə devalvasiyanı yaradan əsas səbəb dünya bazarında neftin qiymətinin qəfil və kəskin aşağı düşməsi olub. Bu da Azərbaycanda devalvasiyanın baş verməsinə çox böyük təsir göstərib.
Eyni zamanda Azərbaycanla ticarət dövriyyəsi həyata keçirən dövlətlərin milli valyutaları aşağı düşüb. Ancaq indi biz başqa mənzərəni görürük. Görürük ki, əslində dünyada neftin qiyməti artır. Digər tərəfdən isə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində daxili bazar qorunur, ixracyönümlü məhsullar daha da artır, valyuta gətirən mənbələr daha da genişlənir. Bu da Azərbaycanın valyuta ehtiyyatlarının kifayət qədər olduğunu göstərir. Bütün bu arqumentləri nəzərə alsaq, o zaman yaxın zamanlarda manatın məzənnəsinin kəskin aşağı düşməsi gözlənilmir. Ümumiyyətlə, bunun üçün mühit yoxdur".

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *