Neftin qiyməti 72 dolları keçdi
2014-cü ilin dekabr ayının 2-dən sonra ilk dəfə “Brent” markalı neftin qiyməti 72 dolları keçib.
Virtualaz.org bildirir ki, hazırda dünya birjalarında neftin 1 barreli 72,5 dollara satılır. Gün ərzində iyun fyuçersinin qiyməti 2,06% artıb.
WTI markalı neftin fyuçersləri 2,17% yüksəlib və qiymət hər barrelə görə 66,93 dollar təşkil edir.
Mənbə:> Virtualaz.org