Vahid Ələkbərov bir günə 1 milyard dollar itirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Vahid Ələkbərov bir günə 1 milyard dollar itirdi

Vahid Ələkbərov bir günə 1 milyard dollar itirdi


Rusiyanın fond birjasında səhmlərin kəskin ucuzlaşması, “Forbes” siyahısına daxil olan rusiyalı biznesmenlərin aktivlərinə ağır zərbə vurub.

Oxu.Az xəbər verir ki, “Forbes” nəşrinin hesablamalarına görə, rusiyalı biznesmenlər gün ərzində 14,3 milyard dollar ziyan görüb.

Ən çox ziyan görən “Norilsk Nikeli” şirkətinin sahibi Vladimir Potanin olub. Onun aktivləri 10 faiz, təxminən 1,5 milyard dollar azalaraq, 14,1 milyard dollara düşüb.

Maddi zərər baxımından ikinci yerdə senator Süleyman Kərimov gəlir. Onun varidatı 1,4 milyarda yaxın ziyan görüb.

Üçlüyü biznesmen Oleq Deripaska tamamlayır. “Rusal” və “En+” şirkətlərinə aid səhmlərin ucuzlaşması nəticəsində aktivləri 1,3 milyard dollar ziyan görüb.

Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov da fond birjasındakı tənəzzüldən zərər görüb. Onun aktivləri 970 milyon dollar azalıb.

Qeyd edək ki, ABŞ-ın ötən həftə təqdim etdiyi yeni sanksiyalar Rusiyanın səhm bazarlarına böyük zərbə vurub.Moskva fond birjasının aprelin doqquzuna saat 13:10-a olan indeksi 9,386 faiz və ya 214,12 bənd azalaraq 2067,11 bəndə enib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *