Bağlanan bankların avtomobilləri satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bağlanan bankların avtomobilləri satıldı

Bağlanan bankların avtomobilləri satıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 aprel 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Oxu.Az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı bir ədəd “Toyota Avalon”, beş ədəd “Toyota Corolla”, iki ədəd “Mitsubishi Lancer”, dörd ədəd “Hyundai Accent”, bir ədəd “Daewoo Nexia”, bir ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və iki ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, bir ədəd “Lexus LS460” avtomobil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bir ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *