Ləğv prosesində olan 6 bankın 40 əmlakı ilk dəfə hərraca çıxarılıb
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan 5 bankın balansında olan əmlakı satışa çıxarır.
ADİF-dən bildiriblər ki, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan "Bank Standard" QSC-nin balansında olan 1 ədəd "Daewoo Nexia", 3 ədəd "Mitsubishi Lancer", 6 ədəd "Toyota Corolla", 1 ədəd "Toyota Avalon" markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca, 2 ədəd VAZ-213100, 2 ədəd "Toyota Camry", 2 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 1 ədəd "Jeep Grand Cherokee", 1 ədəd "Mitsubishi Outlander", 2 ədəd "Ford Transit Connect" markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Eyni zamanda, "Royalbank" ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, "Zaminbank" ASC-nin balansında olan 1 ədəd "Ford Transit Connect" markalı avtomobil, "Qafqaz İnkişaf Bankı" ASC-nin balansında olan 1 ədəd "Mercedes Benz S350" markalı avtomobil ilk dəfə, "Kredobank" ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd "Toyota Camry" və 1 ədəd "Toyota Land Cruser" markalı avtomobillər ilk dəfə, "Texnikabank" ASC-nin balansında olan bağ evi təkrar, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi isə ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küç, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.
Ləğv prosesində olan "Texnikabank" ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac fevralın 12-də, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac fevralın 19-da, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac fevralın 26-da baş tutacaq.
Mənbə:> Virtualaz.org