Nazirlik fermerlərə aqrar texnika payladı
2015-ci ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə fermerlərə 35,6 milyon manat dəyərində aqrar texnika verilib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat bildirilib.
DSK-nıın məlumatına görə, nazirlik fermerləri 576 ədəd müxtəlif növ traktor, 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn, 71 ədəd gübrəsəpən maşın, 60 ədəd çiləyici və tozlayıcılar, 56 ədəd səpici aqreqat, 56 ədəd ot-küləş presləyən, 28 ədəd traktor yedəkləri ilə təchiz edib.
Bundan əlavə, 24 ədəd kultivator, 21 ədəd malalar, 11 ədəd taxıl-toxum təmizləyən, 11 ədəd yumşaldıcı, 10 ədəd bağarası frez, 8 ədəd ot dırmığı və 41 ədəd sair maşın və aqreqat da fermerlərə verilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli