Sumqayıt yeni BMW zavodu üçün tədarüklərə başladı
Sumqayıt Texnologiya Parkı (STP) sinkləşdirilmiş metal məhsullarının Almaniyaya ilk tədarükünü həyata keçirib.
AzNews.info xəbər verir ki, bu barədə Trend-ə STP-dən məlumat verilib.
Məlumata görə, həmin məhsullar Köln şəhərində "BMW" avtomobil şirkətinin yeni zavodunun tikintisi üçün satın alınır:
"Metal məhsullarının Almaniyaya ilk tədarükü barədə müqavilə "DMT Foundry GmbH" şirkəti ilə imzalanıb. Hazırda növbəti tədarüklə bağlı danışıqlar aparılır".
Qeyd edək ki, Sumqayıt Texnologiya Parkının isti sinkləmə zavodunda materialların emalı üçün 9 vanna mövcuddur. Yükləmə və boşaltma proseslərində hər vanna üçün 6,3 ton gücündə krandan istifadə olunur. Toz və palçıqdan təmizləndikdən sonra materiallar birinci zonaya göndərilir.
Daha optimal iş, texniki xidmət və yüksək keyfiyyətli sink örtüyünün yaradılması üçün EN ISO 1461:2009 standartında "Zn 1 (99 995%)" sinif sinkdən istifadə olunur.
Mənbə:> Trend