“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat


Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində çalışır.

Bu təyinat TexnoParka yeniliklər gətirərək, idarəetmədə yenidənqurma işləri ilə yanaşı, struktur və kadr dəyişikliklərinə, onun daha sürətli inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.

Regionda ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəklənən STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadir olan istehsalat müəssisəsidir.

Ümumi 250 hektar sənaye tikililəri sahəsində yerləşən STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammalları Avropanın qabaqcıl ölkələrindən idxal edir. İstehsal edilmiş mallar isə AZS ISO/IEC 17025-2009, eləcə də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Sumqayıt Texnologiyalar Parkı barədə daha ətraflı məlumat üçün *0990 zəng edə və ya www.stp.az saytına daxil ola bilərsiniz.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *