Azərbaycanda dollarla olan əmanətlər açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda dollarla olan əmanətlər açıqlandı

Azərbaycanda dollarla olan əmanətlər açıqlandı


2018-ci il fevaralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 66,3 faizi xarici, 33,7 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 74,1 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.

2018-ci il fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 11 milyard 656,1 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 500,0 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *