Nazirlik 5 maşınını satır
Nazirlər Kabineti və Energetika Nazirliyi balansında olan avtomobiləri hərraca çıxarır.
Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 10 aprel tarixində keçiriləcək hərraca təqdim edilən maşınların siyahısını açıqlayıb. Hərraca ümumilikdə 10 avtomobil çıxarılıb. Onlardan 5-i Energetika Nazirliyinə, 3-ü Nazirlər Kabinetinə, biri Statistika Komitəsinə, biri isə DİN-ə məxsusdur.
Hərracda ən yüksək qiymətə Nazirlər Kabinetinin təqdim etdiyi 2006-cı ilin BMV-730 markalı avtomobildir. Maşın 21.000 manata satılır. Kabinetin 2 "Şevrolet Epika” avtomobili isə 8100 və 7800 manata özəlləşdiriləcək.
Energetika Nazirliyi 2007 və 2008-ci ilin 2 "Hyunday Sonata” markalı avtomobilini 8500 və 7500 manata, "Ford Mondeo” markalı avtomobilini 4500 manata, "Ford Fokus”u 4000, Qaz-3110-101 isə 1300 manata hərraca çıxarılacaq.
Mənbə:> Axar.az