Azərbaycan şirkətlərinin Monteneqroya investisiyalarının həcmi artır
Monteneqronun Boka-Kotor buxtası rayonunda həyata keşirilən üç ən iri layihəyə artıq 890 milyon avroya yaxın sərmayə qoyulub.
Virtualaz.org “Balkanpro”ya istinadən xəbər verir ki, investisiyaların həcminə görə lider Tivatdakı “Porto Monteneqro” layihəsidir. Keçmiş “Arsenal” hərbi-dəniz tərsanəsinin yerində aparılan tikintiyə 479 milyon avro vəsait yatırılıb.
Layihınin təşəbbüskarı və tikilən daşınmaz əmlakın əsas sahibi kanadalı milyarder Piter Munkdur. O, “Porto Monteneqro”nun tikintisinə 2006-cı ildə başlayıb. 10 ildən sonra Dubayın investisiya korporasiyası kompleksi 210 milyon avroya alıb.
Kumbor qəsəbəsində keçmiş hərbi kazarmanın yerində tikilən “Portonovi” kurortu layihəsinə 290 milyon avro qoyulub. İnvestisiyaların proqnozlaşdırılan ümumi məbləği isə 650 milyon avrodur. Layihənin icrasına 2012-ci ildə başlanıb. İnvestoru isə Azərbaycan kaıpitallı “Azmont Investments” şirkətidir.
Kurortun ərazisində ümumilikdə 650 nömrə, apartman və villa, “One & Only” oteli, “Henri Chenot Spa” mərkəzi, 800 nəfərlik konfrans zalı, tennis mərkəzi, iki Marina, 900 nəfərlik lüks çimərlik olacaq.
Mənbə:> Virtualaz.org