Azərbaycanda 50 minə yaxın iş yeri bağlanıb
2017-ci il ərzində Azərbaycanda 47,6 min iş yeri bağlanmışdır.
Bu barədə "Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır. 2017-ci il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yerləri açılmışdır.
2018-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,0 min nəfər olmuş, onların 36,5 faizini qadınlar təşkil etmişdir. İşsizlik müavinətinin orta məbləği 331,0 manat olmuşdur.
Mənbə:> Marja.az