Azərbaycanda işsizlərin sayı – AÇIQLANDI
Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
Oxu.Az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33 min nəfər olub, onların 38,1%-i qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 min 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb.
İşsizliyə görə müavinətin orta məbləği 257 manat olub.
Mənbə:> Oxu.az