Neftin qiyməti bahalaşıb
Fevralın 17-də dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,55% artaraq 61,68 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 bareli isə 0,51 dollar və ya 0,79% bahalaşaraq 64,84 dollara satılıb.
Mənbə:> Oxu.Az