Neftin son qiymətləri
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barelə görə 0,46% artaraq 51,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin aprel fyuçerslərinin qiyməti bir barelə görə 0,35% bahalaşaraq 48,39 dollar təşkil edib.
Mənbə:> Oxu.Az