Neft kəskin ucuzlaşdı
Cümə günü, fevralın 9-da dünya bazarlarında neft kəskin ucuzlaşıb.
Virtualaz.org xəbər verir ki, həftənin son alqı-satqı əməliyyatlarnda Bakı vaxtı ilə saat 23:05-də “Brent” markalı neftin aprel fyuçersinin qiyməti 62,50 dollar təşkil edib.
Qeyd edək ki, bu göstərici cümə günü səhər qeydə alınmış rəqəmdən 2,31 dollar, yaxud 3,56% aşağıdır.
Mənbə:> Virtualaz.org