Daha bir ölkə kriptovalyutalara qadağa qoyacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Daha bir ölkə kriptovalyutalara qadağa qoyacaq

Daha bir ölkə kriptovalyutalara qadağa qoyacaq


Hindistan hökuməti ödəmə sistemində kriptovalyuta istifadəsini tamamilə qadağan etmək niyyətindədir.

Bu barədə ölkənin maliyyə naziri Arun Jaitley bildirib.

Mütəxəssislər bu addımın kriptovalyutaların qiymətini daha da aşağı endirəcəyini bildiriblər.

Qərar Hindistan hökumətinin son 17 ay ərzində hindistanlılar tərəfindən 3,5 milyard dollar həcmində kriptovalyuta tranzaksiyası reallaşdırdıqlarını aşkar etdikdən sonra verilib. A.Jaitley bildirib ki, ölkə hökuməti kriptovalyutaları qanuni ödəmə üsulu kimi qəbul etmir:

“Hökümət kriptoaktivlərin qanuni olmayan fəaliyyətlərdə və ödəmələrin aparılmasında istifadəsinin qarşısını almaq üçün bütün üsullardan istifadə edəcək”, – deyə nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, hökumət blokçeyn texnologiyasından imtina etmək niyyətində deyil. Çünki blokçeyn rəqəmsal iqtisadiyyata sürətli keçid etməyə imkan verəcək.

Qeyd edək ki, ötən ilin dekabrında ayında Hindistanın vergi xidməti kriptobirjalarda qanunsuz tranzaksiyalar üzrə istintaqa başlamışdı.

Ölkədə kriptovalyutaların aylıq dövriyyəsi 315 milyon dolları keçir və hər ay kriptoticarətdə iştirak edənlərin sayı 200 min nəfər artır.

Mənbə: Technote.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *