Hindistan İrana neft borcunu ödəyəcək
İran, Hindstandan İslam Respublikasına qoyulmuş embarqo ilə əlaqədar dondurulmuş 6,5 milyard dollar həcmində aktivlərin qaytarılmasını tələb edib.
Oxu.Az dünya KİV-nə istinadən xəbər verir ki, Tehran İranın nüvə proqramının realizəsi ilə əlaqədar BMT-nin qərarı ilə blok edilmiş aktivlərin dondurulmasına son qoymaq tələbi ilə Hindistanın rəhbərliyinə müraciət edib.
Dehli İran hakimiyyətinin sorğusuna müsbət reaksiya verib. Çatdırılan neft üçün borcu üç mərhələdə ödəmək planlaşdırılır. Ödəniş rupiya, dollar və avroda ediləcək.
Ödəmə Hindistanın Mərkəzi bankı və ya hakimiyyət tərəfindən təyin edilmiş digər üsul ilə ediləcək, məlumatda deyilir.
İran hakimiyyətinin bəyanatına əsasən Hindistan banklarında yeni faizsiz hesab açılacaq, Tehranın rupiya ilə aldığı vəsait isə hind mallarının idxalı üçün istifadə ediləcək.
Mənbə:> Oxu.Az