Səkkiz milyarder dünya əhalisinin yarısından varlıdır » AzNews.info -Xəbər portalı

Səkkiz milyarder dünya əhalisinin yarısından varlıdır

Səkkiz milyarder dünya əhalisinin yarısından varlıdır

“Oxfam” dünya əhalisinin təbəqələşməsi ilə bağlı növbəti hesabatını açıqlayıb. Məlum olub ki, şirkətlərin rəhbərləri daha da varlanıb, işçilər isə kasıblaşıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hesabatda dünya əhalisinin bir faizinin qlobal sərvətin 82 faizinə sahib olduğu bildirilir.

Qeyd edilir ki, 3,7 milyard nəfər sakinin sosial vəziyyətində heç bir dəyişiklik baş verməyib.

“Oxfam” iddia edir ki, milyarderlərin sərvəti 2010-cu ildən indiyədək 13% artıb. Onların sərvəti altı dəfə daha tez artıb, nəinki adi işçilərin əməkhaqları.

“Oxfam”ın hesablamalarına görə, dünyanın ən kasıb 3,6 milyard insanının ümumi “sərvəti” təxminən 426 milyard dollar təşkil edir. Bu, hər birinin orta hesabla 118 dollara sahib olması deməkdir.

3,6 milyard insanın ümumi sərvətinin həcmi səkkiz milyarderin sərvətinin birgə həcminə bərabərdir. Bill Qeyts ($75 milyard), Amansio Orteqi ($67 milyard), Uorren Baffet ($60,8 milyard), Karlos Slim ($50 milyard), Ceff Bezos ($45,2 milyard), Mark Zukerberq ($ 44,6 milyard), Lari Ellison ($ 43,6 milyard), Maykl Bulumberqin ($ 40 milyard) birgə sərvəti 426 milyard dollardır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *