Səudiyyə Ərəbistanında benzinin qiymətində rekord artım » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Səudiyyə Ərəbistanında benzinin qiymətində rekord artım

Səudiyyə Ərəbistanında benzinin qiymətində rekord artım


Səudiyyə Ərəbistanında gecə saatlarında xəbərdarlıqsız benzinin qiyməti iki dəfədən çox bahalaşıb.

Oxu.Az-ın “France Press” agentliyinə istinadən məlumatına görə, yüksək keyfiyyətli benzinin bir litrinin qiyməti 24 sentdən 54-ə qədər, aşağı keyfiyyətli yanacağın qiyməti isə 83% - 20 sentdən 36,5 sentə qədər artıb.

Bununla belə Səudiyyə Ərəbistanı dünyada benzinin ən ucuz satıldığı ölkələrdən biri olaraq qalır. Dizel yanacağı və kerosinin qiyməti dəyişməyib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzi ölkələri arasında ilk dəfə əlavə dəyər vergisi (ƏDV) tətbiq ediblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *