Azərbaycanda benzinin qiyməti qaxldı
Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
Bu barədə “Report” SOCAR-dakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Bildirilir ki, “Aİ-95” və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.
Bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir.
Mənbə:> Report