Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

APA-nın Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini "SOCAR" şirkətindən, 813 mln. kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək. Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *