Bakıda bütün banklar dollar alışını dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda bütün banklar dollar alışını dayandırdı – Ekspertdən həyəcan təbili: “Ehtiyatlı olun!”

Bakıda bütün banklar dollar alışını dayandırdı

Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu valyuta artıqlığı ilə bağlıdır.

Ölkə.Az xəbər verir ki, məsələyə aydınlıq gətirən tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstəriş verməyib. İqtisadçının fikrincə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur:

“Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil. Digər tərəfdən, əgər banklarda dollar artıqlığı varsa o zaman vətəndaşlara niyə dollar satmırlar? Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir”.

Bəs, dollar alışından imtinanın səbəbi nədir? V.Bayramov düşünür ki, səbəb sadədir:

“İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azaltmaq. Vətəndaş aldığı dolları sata bilmirsə dollar ilə yığımlarını azalda bilər. Bu səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər. Nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı “manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar “qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa “qara bazar”dakıların “əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə “qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir”.

V.Bayramov deyir ki, əgər dollar artıqlığı varsa, o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə dollar satmalıdırlar:

“Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir. Bu belə olacaqmı? Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə olmayacaqsa deməli, banklarda dollar artıqlığı yoxdur və dollar alışından imtina bütün hallarda inzibati yollar ilə həyata keçirilir. Valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq”.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *