Dollardan imtina Azərbaycanın maraqlarına uyğun deyil » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollardan imtina Azərbaycanın maraqlarına uyğun deyil

Dollardan imtina Azərbaycanın maraqlarına uyğun deyil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtina kampaniyasına başlayıb. Prezident əhalini əlindəki dollar və avronu lirəyə dəyişməyə çağırıb. Bu çağırışa qoşulanlar qısa müddətdə əllərindəki 15 milyard dollardan çox xarici valyutanı milli pula dəyişiblər.

Eyni zamanda hökumət səviyyəsində xarici ticarət partyorları ilə danışqlar aparılır ki, ticarət ölkələrin milli valyutaları üzərindən aparılsın. Mətbuatda bu təklifə Azərbaycanın da qoşulacağı barədə fikirlər yer alıb. Belə ki, Türkiyənin “Botaş” şirkəti Azərbaycandan aldığı 6.5 milyard kubmetr yazın pulunu milli valyuta ilə ödəmək istəyir.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, Azərbaycanda dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur.

“Dollar olmasa idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək. Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması “qara bazar” ilə bağlı aparılan yoxlamalarla bağlı idi. Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər. Qeyd edim ki, “qara bazar” ilə bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalara aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən “qara bazar”ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda “qara bazar” ləğv edilə bilməyəcək. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi dollar “qara bazar”da, metri stansiyalarının yanında və ya qaranlıq otaqldar deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir. Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq. Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?” - deyə Vüqar Bayramov bildirib.

Mənbə: Bizim Yol
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *