“Qara bazar”da saxta dollar satıla bilər » AzNews.info -Xəbər portalı

“Qara bazar”da saxta dollar satıla bilər – TƏHLÜKƏ

“Qara bazar”da saxta dollar satıla bilər


Ötən şənbə və bazar günləri əhali arasında belə bir ajiotaj yarandı ki, 1 dollar 2 manat olub. Bundan sonra isə əllərində manat olan bəzi şəxslər onu “qara bazar”da satmağa tələsdi. Əlbəttə ki, bu halda ən çox qazanan tərəf isə dollar təklif edən oldu.

Ümumiyyətlə, “qara bazar”da dolların satılması düzgündürmü? Əhali bu işdə nə qədər sayıq olmalıdır? “Qara bazar”da dollar təklif edənlərə qarşı hansı sərt tədbirlər görülə bilər?

Oxu.Az bu suallar ətrafında bank üzrə mütəxəssis Əkrəm Həsənov və iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikirlərini öyrənib.

Ə.Həsənovun sözlərinə görə, valyuta bazarında “qara bazar”ın olması qanunsuzdur:

“Ölkədə valyuta əməliyyatlarını banklar və onların valyutadəyişmə şöbələri apara bilər. Belə hallar varsa, bu həm qanunsuz bank fəaliyyətidir, həm də qanunsuz sahibkarlıqdır. Buna görə də ən azı hüquqi-inzibati məsuliyyət var. Hüquq-mühafizə orqanları isə belə halların qarşısını almalıdır”.

Ekspert təklif edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bununla bağlı olaraq şənbə, bazar günləri də işləməli idi:

“AMB-nin rəhbərliyi 90-cı illərdə ölkədə bu cür halların baş verdiyini yaxşı bilirlər. 90-cı illərin əvvəllərində də bu cür “qara bazar” var idi. AMB-nin banklarla son toplantısında bu məsələ nəzərə alınmalı idi və təklif edilməli idi ki, AMB-nin özü, eləcə də bütün banklar olmasa da bəzilərinin valyutadəyişmə məntəqələri işləsin. Bu halda, bu cür valyuta bazarında “qara bazar” əmələ gəlməzdi.

Həsənov “qara bazar”da əhaliyə saxta dollar satıla biləcəyini də qeyd edib:

“Birincisi, əhaliyə tövsiyəm odur ki, “qara bazar”dan valyuta almasınlar. Bununla onlar qanunsuz əmələ qoşulmuş olurlar. İkincisi də onlar hardan biləcəklər ki, təklif olunan dollar saxta deyil?

Düşünürəm ki, bu cür alqı-satqı əməliyyatları çox təhlükəlidir. Qeyd etdiyim kimi ola bilər ki, kimsə vəziyyətdən sui-istifadə etsin. Həmin bazara saxta dollar çıxartsın”.

Ə.Həsənov bir daha əhaliyə tövsiyə edib ki, valyutanı “qara bazar”dan deyil, qanuni yolla valyutadəyişmə məntəqələrindən alsınlar.

Öz növbəsində, Oqtay Haqverdiyev isə qeyd edib ki, AMB-nin son qərarından sonra, bu cür halların baş verməsi təbiidir.

““Qara bazar”da 1 dollar 2 manata satılırsa, bu, təbiidir. Qara bazardırsa onunla mübarizə aparan orqanlar da var”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *