“Apple” yeni ilədək “AppStore”u bağlayacaq » AzNews.info -Xəbər portalı

“Apple” yeni ilədək “AppStore”u bağlayacaq

“Apple” yeni ilədək “AppStore”u bağlayacaq


ABŞ-ın “Apple” korporasiyasının “AppStore” onlayn mağazası dekabrın 23-27-də tərtibatçılar, eləcə də texniki və ya maliyyə məsələlərini həll etmək istəyən istifadəçilər üçün bağlı olacaq.

AzNews.info lent.az-a istinadən xəbər verir ki, şirkətin texniki dəstək bölməsinin əməkdaşları Yeni il tətilinə çıxacaqlar.

Məlumatda deyilir ki, proqram və əlavələrin tərtibatçıları 4 gün ərzində onları “AppStore”a yükləyə bilməyəcəklər. Həmçinin onlar dəyişikliklər də edə bilməyəcəklər. “Apple”də məsləhət görürlər ki, bütün lazımi yenilənmələr tətil başlayana qədər tərtib edilsin.

Qeyd etmək lazımdır ki, “AppStore” onlayn mağazasının açılışından sonra Yeni il satışları və endirimlərə başlanacaq. Şirkətdə bildirirlər ki, bu Yeni il satışları və endirimlər geridə qoyduğumuz ilin ən böyüyü olacaq.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *