Azərbaycan nefti 3% ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,79 dollar/barel azdır. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,77 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 14-də 60,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.
Mənbə:> virtualaz.org