Əmək qanunvericiliyi ilə bağlı ilk peşəkar sayt istifadəyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əmək qanunvericiliyi ilə bağlı ilk peşəkar sayt istifadəyə verildi

Əmək qanunvericiliyi ilə bağlı ilk peşəkar sayt istifadəyə verildi


Azərbaycanda ilk dəfə olaraq əmək qanunvericiliyinə aid normativ hüquqi aktlar, sənəd və əmr şablonları, müvafiq qurumların qərarlarını özündə əks etdirən geniş həcmli sayt istifadəyə verilib. www.hrclub.az adlanan, eyni zamanda rahat və asan interfeysə malik olan saytda bu sənədlərlə bərabər, həm də onlayn kitablar, sual-cavab bölməsi, insan resursları prosedurlarını özündə əks etdirən məlumatlar öz əksini tapıb.

Saytın rəhbəri və təsisçisi, müstəqil ekspert Orxan Quliyevin AzNews.info-a bildirdiyinə görə, 3 aydan çox bir zaman ərzində böyük bir mütəxəssis heyətinin üzərində çalışdığı sayt, 20 oktyabr 2015-ci il tarixində ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun müddətinin 01 noyabr 2017-ci il tarixdə bitməsinin gündəmdə olduğu zamanda işəgötürənlərə xüsusi dəstək olaraq yaradılıb.
Orxan Quliyev saytın məqsədinin işəgötürənlərə dəstək, işçilərə hüquqlarını daha dərindən bilməsinə kömək etmək olduğunu xüsusi vurğulayaraq, İnsan Resursları peşəkarlarının bu layihə ətrafında birləşəcəyinə və bununla yanaşı layihənin inkişafına öz töhfələrini verəcəklərinə inandığını bildirdi.
www.hrclub.az saytı daima yenilənmələrlə zəngin olmaqla yanaşı, gələcəkdə yeni qəbul olunacaq qanun və qərarlar, dəyişikliklər haqda məlumatlar mütəmadi olaraq sayta əlavə olunacaqdır ki, bu da işçilərə və işəgötürənlərə vahid sayt üzərindən bilgilənməyə yardımçı olacaq.
Saytımız tərəfindən insan resurslarının idarə olunması və kadrların sənədləşməsi sahəsində müəyyən maarifləndirmə tədbirlərinin, təlimlərin və debatların təşkil olunacağını vurğulayan sayt rəhbəri Orxan Quliyev, eyni zamanda sayt vasitəsilə ünvanlanacaq sualların da ən qısa müddətdə ekspert qrupu tərəfindən operativ surətdə cavablandırılacağını əminliklə vurğuladı.
Halhazırda saytda müəyyən sayda insan resurslarının sənədləşməsi ilə bağlı sənəd şablonlarının olmasına baxmayaraq, bununla kiyafətlənməyəcəyinə və günü-gündən əlavələrin olacağına da söz verdi. Əlavə olaraq sayt rəhbəri hətta yaxın gələcəkdə insan resurslarının idarə edilməsi və kadr kargüzarlığına aid müəyyən proqramlarında saytda yerləşdiriləcəyini qeyd etdi.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *